"Mən utandım, o qız yox..." - İzzət

"Mən utandım, o qız yox..." - İzzət


“Deyirlər ey, bu sənətdə əziyyətlər görmüşük. O zaman həmin adamlara cavab vermək lazımdır ki, balam, oxumayardın, əziyyət də çəkməyərdin. Oxuyan adam əziyyət çəkməlidir də. Tək bu sənətdə deyil, hər işin öz əziyyəti var. Müğənniliyin heç bir çətinliyi yoxdur. Müğənnisənsə, səsin varsa, oxuyursan. Çətinlik bir balaca tanınana qədər olur. Tanıtdı özünü, sözünü deyə bildi tutdu, tutdu. Tutmadısa, artıq o, müğənni istəyir 30-40 il oxusun, tutmayıbsa, tutmayacaq”.

Bu sözləri müğənni İzzət Bağırzadə ARB Ulduz-un “Şou məkan” proqramında deyib.

Sənətçi bildirib ki, bir çox həmkarı toyda oxumaqla kosnert verməyi qarışdırır:

“Toyu səhnəyə, səhnəni restorana, restoranı saraya qatışdırmaq olmaz. Deyirlər, toyda mini konsert verdim. Mini konsert nədir, o toydur, oxuyursan başqa şeylərdi. Toyda ağzından yanlış söz də çıxır, xaric də oxuyursan, söz də bəzən yadından çıxır. Amma konsert belə deyil axı. Konsertdə sənin hünərin nədir, səhv söz deyəsən, səsin işləməyə, səhv mahnı oxuyasan, zilə qalxa bilməyəsən.

Bunu qarışdırmaq olmaz. Toylarım çoxdur. Düzdür, toya tamaşaçı çox gəlir. Əvvəllər toya 100-150 adam gəlirdi, indi ən azı 500 nəfər gəlir. İndi gündən-günə zallar da böyüyür. Bir də görüsən ki, ev yiyəsi 800-1000 nəfər adam çağırır məclisə. O boyda adam ancaq oturub sənə qulaq asır? Çoxdandır bir-birlərini görməyib foyedə oturanlar var. Konsert səhnədi. Orda ancaq hamı oturub sənə baxır, sənə qulaq asır. Ayaqqabının ucundan sənin oxuduğun mahnıya kimi hər şeyə diqqət edir”.

İzzət son vaxtlar gündəmdə olan bayağı mahnılardan da danışıb:

“O qədər bayağı mahnı var ki, mahnının başı, ayağı yoxdur. Mahnıda söz yox bir şey yox. Birdə görürsən gəldi sevildi. Bəlkə də, bərbad mahnı olduğundan çox adam qulaq asır ki, görək nə mahnıdır. O gün bir qız mənə mahnı yazıb. Bir otuz mahnısına qulaq asdım. Mən utandım, o utanmadı. Dedim ki, sən nə istəyirsən? Bu, mahnı deyil, get başqa işlə məşğul ol. Mən bəyənmədikcə, o bir-bir digər mahnısını təqdim edirdi.

Bir də görürsən ki, deyirlər filan mahnının 1 milyon baxışı var. Kim deyə bilər ki, o mahnıya yaxşı olduğu üçün baxılıb, yoxsa pis olduğu üçün. Hərdən elə olur ki, kimsə deyir ki, bax, bu mahnıya, gör nə gündədir. Sən də açıb baxırsan ki, görüm nə haldadır. Görürsən ki, bərbad ifadır. Bu minvalla bir də görürsən ki, mahnı sayı artdı. Bu gün mənim heç kimlə işim yoxdur. Kim nə istəyir oxusun. Bu gün kanallar da çoxalır. Bir kanal həmin bayağı mahnını və müğənnini efirə buraxmayacaq, digəri icazə verəcək. İndiki zamanda məşhur olmaq üçün bütün yollar var”.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bacıların göz yaşı

22.10.2018 / 14:00
 
Xəbər lenti
                    
Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi 15:30 Murad Dadaşov ilk dəfə valideynləri ilə görüntüləndi
                                      
ankara escort