“Mələk qismində yazı yazıb auditoriya toplamıram” - Azər

“Mələk qismində yazı yazıb auditoriya toplamıram” - Azər


“Bir neçə gün öncə şəkil paylaşdım, hansı ki, həmin görüntülərdən internetdə var. Keçmiş mənim üçün keçmişdir, basdırmışam. Qısa yazacam, çoxları yenə keçmiş həyatıma fırlatdı, yazdılar… İndi cavab verim”.

Bu sözləri teleaparıcı Azər Zahid instaqram səhifəsində yazıb. O, ad çəkmədən keçmiş xanımı, aparıcı Vüsalə Əlizadəyə söz atıb:

Hər zaman unutmayın! İnsan gərək keçmişini də unutmasın ki, kim və nə olub! Nəticədə isə sonu pis olur. Qısası, mənim üçün önəmli övladımdır! Məni onsuzda hər zaman aqressiv , özündən razı tanımısınız, bəli, çünki efirdə o cur xarakter sərgiləyirəm. Bu xarakter kişi xarakteridir! Nəyə görə bunu dedim? Çünki, kimə lazımdısa elə çəkinmədən sözümü üzünə deyib, rəzil edərəm, əgər günahı varsa!

Yenə də hər kəsin fikirlərinə hörmətlə yanaşıra, baxmayaraq ki, sarı tellərə toxunub, mələk qismində yazı yazıb auditoriya toplamıram! Necə varam, eləyəm istəyən izləyir, istəyən də tənqid edir! Əziz dostlar, həyat o qədər qəribə və maraqlıdlr ki...Niyə görəsən insanlar bir-birilərinə qarşı kin bəsləyirlər. Hər şeydə bir gözəllik yox, pislik axtarmağa çalışırlar. Biz öz səhvlərimizdən və keçmişimizdən nə qədər qaçsaq da o, bizim alın yazısı kimi yaşadıqlarımızdır. İt hürər karvan keçər. Bir sözlə, Allah hamının ürəyinə görə versin”.

Qeyd edək ki, bu gün V. Əlizadə instaqram səhifəsində ad çəkmədən status yazmış, “reklamlı şəkildə oyun oynamağı şərəfimə sığışdırmıram” kimi sözlərdən istifadə etmişdi.

Bundan öncə isə A. Zahid Vüsalə ilə instaqramda fotosunu paylaşmış, onunla bağlı fikirlərini qeyd etmişdi.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti