Nadir küsülü olduğu xalq artisti üçün verilişə gəldi

Nadir küsülü olduğu xalq artisti üçün verilişə gəldi


Xalq artisti Nazpəri Dostəliyeva ilə müğənni Nadir Qafarzadə arasında tac üstə qalmaqal yaşanmışdı.

Prodüser Tarix Əliyevin Nazpərinin başına tac qoymasına Nadir etiraz etmişdi. O, tacı yalnız xalq artisti İlhamə Quliyevaya yaraşdırdığını bildirib.

Qafarzadə "5/5" verilişinə gələrək N.Dostəliyevaya barışıq əli uzadıb:

"Bizim barışığımız 8 Martda baş tutub. Ona zəng vurub, təbrik etdim. Barışanda sevinirəm ki, dava olmasın".

Nazpəri "Mənim reaksiyamı kim gördü? Kənarda dayanıb baxırdım. Tolik dedi ki, Nadir məndən inciyib. Nadirin səhvi o idi ki, orada mən var idim. Bunu nəzərə alardı. Bu gün hamı tacda gəzir. Mənlik heç nə yoxdur" sözlərini deyib.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti