İremin Bakıda biletləri satılmadı - Vaxtı dəyişdi

İremin Bakıda biletləri satılmadı - Vaxtı dəyişdi


Türkiyəli müğənni İrem Dericinin Bakıdakı konsertinin vaxtı və yeri dəyişdirilib.

Bu barədə konsertin təşkilatçısı Asif Hüseynov məlumat verib.

O bildirib ki, martın 21-də nəzərdə tutulan konsert iyunun 18-də istirahət mərkəzlərinin birində keçiriləcək:

“Konserti “Baku Crystal Hall”da nəzərdə tutmuşduq. Müəyyən səbəblərdən tarixini dəyişərək başqa yerdə keçirməyi qərara aldıq. Alınan biletlər və dəvətnamələr həmin tarixə keçərlidi və ya biletləri kassalara təhvil verərək pulunuzu geri ala bilərsiz”.

Əldə etdiyimiz məlumata görə, İremin konserti üçün biletlərin az qismi satılıb və təşkilatçı konsertinin bu səbəbən vaxtını və məkanını dəyişdirmək məcburiyyətində qalıb.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti