Hadisə RTÜK-ə söz atdı

Hadisə RTÜK-ə söz atdı


Türkiyənin məşhur pop müğənnisi Hadisə İstanbulda konsert proqramı ilə çıxış edib.

İfaçı səhnədə 6 rəqqasə ilə iki saat ərzində şou göstərib. Müğənni konsertdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

O bildirib ki, “Farkımız var” adlı yeni klipində Türkiyə Radio və Televiziya Şurasından (RTÜK) çəkindiyi üçün qapalı geyinməyib:

“İstədiyim kimi bir klip çəkmişəm. Mən heç kəsdən qorxmuram. İstədiyimi də edərəm, azad bir qadınam. RTÜK də cəza verirsə, versin. Cəzalar mövzusunda onsuz ayrıseçkilik edilir. Qadınlar daha çox əzilir. Bir xanım sənətçinin rəqsi, bədəni, makiyajı çox müzakirə edilir”.

Hadisə məşhur iş adamı Hakan Sabancı ilə Parisdə tətil etməsi barədə yayılan şayiələrə də münasibət bildirib:

“Mən bacımla istirahətə getmişəm. Orada tanış insnalarla rastlaşdım. Hakanla da orada qarşılaşdıq, əyləndik. Bu da tezcə xəbərə çevrildi. Mənim həyatımda kişi olsa, əlindən tutub qarşınıza çıxararam”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti