“Çukur” yenə söyüşə görə cəzalandı

“Çukur” yenə söyüşə görə cəzalandı


Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Show TV-də yayımlanan “Çukur” serialını cəzalandırıb.

Şuranın qərarına əsasən, efirdə yayımlanan söyüşlərin kanalın rəsmi saytında yerləşdirilməsinə görə 1 milyon, öpüşmə səhnələrinin çox olması səbəbindən isə 260 min TL pul cəzası verilib.

RTÜK-ün yaydığı açıqlamada deyilir: “Serialda söyüş səhnələri efirdə verilməyib, lakin həmin kadrlar Show TV-nin rəsmi saytında yerləşdirilib və qeyri-etik ifadələr açıq şəkildə yer alıb. Bundan əlavə, efirdə söyüş zamanı səsin kəsilməsi düzgün həyata keçirilməyib. Vulqar ifadələr aktyorun ağız hərəkətlərindən izləyicilər tərəfindən başa düşülür”.



“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah hava necə olacaq?

10.12.2018 / 13:30
 
Xəbər lenti
                                                           
ankara escort