Aparıcı Vüsalənin ögey bacısı üzə çıxdı, görün nələr danışdı

Aparıcı Vüsalənin ögey bacısı üzə çıxdı, görün nələr danışdı


İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru, əməkdar artist Vaqif Kərimov haqqında yazılanlara münasibət bildirib.

Əməkdar artist ölkə.az-a açıqlamasında deyib ki, qızı, aparıcı Vüsalə Kərimova onun müalicəsi üçün Səhiyyə Nazirliyindən xahiş edib.

Aktyorun ikinci nikahından olan qızı Gülnarə Kərimova isə saytımıza açıqlamasında xəstəxanada olan atasına hər gün baş çəkdiyini bildirib:

“Hər gün ona baş çəkirəm. O, mənim atamdır və heç kimə imkan vermərəm ki, onu incitsin. Gərək Vüsalə Kərimova da belə açıqlama verməzdi”.

Qeyd edək ki, Vüsalə Kərimova hazırda xəstəxanada müalicə olunan atasına baş çəkmədiyinə görə onu qınayanlara belə cavab vermişdi:

“Mən ağlayanda, o, “cükküldəşdiyi” aktrisanın uşaqlarına baxırdı”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti