"Nadirin arvadına xərclədiyi o pullar..."

"Nadirin arvadına xərclədiyi o pullar..."


Aparıcı Sərxan Kərəmoğlu müğənni Nadir Qafarzadənin ünvanına sərt sözlər deyib.

Aparıcı “Hər şey daxil” verilişində sənətçiyə ismarış göndərib. O bildirib ki, nadir hər zaman başqalarına söz atır, amma özü irad qəbul etmir:

“Tolikin Nazpərinin başına tac qoymasını qınadı. Amma sənin də səhvlərin var. Arvadına “Yaşıl Teatr”da konsert verdin. Bir tək onu otuzdurub mahnı oxudun. 20-30 min pul xərclədin. Arvadına xərclədiyin o pullar nə idi? Ona çəkdiyin xərci evdə oxuyardın mahnını. O layihənin adı nə idi? Dünyada var belə şey? Ona xərclədiyin pulu aparıb kasıblara verərdin. Gecə çıxardın o pulu küçələri süpürən ana-bacılara paylayardın. Niyə özündəki qüsurları görmürsən, başqasında səhv axtarırsan. Niyə hər zaman sən deməli, gündəmə gəlməlisən? Niyə sabunu, ayaqqabını göstərib sən gündəmə gətirməlisən?”.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti