9 ildən sonra “Space”dən getdi

9 ildən sonra “Space”dən getdi


Əməkdar artist Əkbər Əliyev Space TV ilə yollarını ayırıb.

Bu barədə o, aparıcılıq etdiyi “Hər səhər” verilişində danışıb.

Aktyor səhhəti ilə bağlı efirlə vidalaşmalı olub: “Yorğunam, bir balaca sağlamlığımda da problem var. Anons, reklam deyil, həqiqətən də gedirəm”.

Bundan sonra sözügedən proqramı gənc aktyor Əlibəy Məmmədli aparacaq.

Qeyd edək ki, Ə. Əliyev 9 ildir ki, "Hər səhər"in aparıcısı olub.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
10 günlük eşq bitdi

24.06.2018 / 21:00
 
Xəbər lenti