“Cazibədar olduğum üçün sıxışdırılıram” - Nəsrin

“Cazibədar olduğum üçün sıxışdırılıram” - Nəsrin


Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Women’s Fitness” jurnalına müsahibə verib.

Həm maraqlı açıqlamar verən, həm də kamera qarşısına keçən aktrisanın müsahibəsi ixtisarla “Hürriyet” qəzetində dərc edilib.

Nəsrin “Pərəstişkarlarına görə cəsarətli, seksi və özünə güvənən bir duruşunuz var” sualına belə cavab verib:

“Bu imici çox sevirəm. Çünki üstümdəki geyim, jaket budur. Amma “Nəsrin həqiqətən də belədir” sualını versəz, “xeyr, belə deyiləm” cavabını alacaqsız. Çünki mən sadəcə olaraq bu obrazımdan xoşum gəlir. Bu imic sayəsində özümə həm güc verirəm, həm qorxularımın üstünə gedə bilirəm, həm də qadınlara güc verirəm. Onlar məni səhv başa düşmədikləri təqdirdə və qıcıq olmadıqları halda belə davam edəcəm”.

O, “Seksi görünməkdən narahatsız” sualını özünəməxsus şəkildə cavablandırıb:

“Seksi olmaqdan narahat olmuram. Qadın olaraq cazibədar olduğumuz üçün bir küncə sıxışdırılırıq. Hər anımız belədir. Bu səbəbdən cazibədarlığını gizlətmək məcburiyyətində olan bir qadın mənim üçün çox önəmlidir. Qadın kimi görünmək çox vacibdir. Qadınların qadınlıqlarına sahib çıxmalıdır və bundan qorxmamalıdırlar”.

“Sizin digər qadınlardan üstünlüyünüz nədir” sualına Nəsrin maraqlı şərh verib:

“Məncə öz sferamda ən fit qadınlardan biriyəm. Bu da çalışqdan bir genimin olmağından irəli gəlir. Mən Sovetlər İttifaqı dövründə doğuldum və böyüdüm. Balet müəllimin xətkeşi belimdə qırırdı. Çox intizamlı uşaqlığım olub. Bu cür təhsil sisteminə öyrəşdiyim üçün özümə və iradəmə nəzarət edə bilirəm”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
100 il...

28.05.2018 / 10:00
 
Xəbər lenti
                                            
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"