Lalə yol hərəkət qaydalarını pozdu - video » Gecce.Az Xəbər Portalı
Lalə yol hərəkət qaydalarını pozdu - video

Lalə yol hərəkət qaydalarını pozdu - video


Aparıcı Lalə Əlimuxtarovanın sosial şəbəkədə paylaşdığı videosu narazıçılığa səbəb olub.

Avtomobil idarə edərkən lentə alınan görüntülərdə Lalə 3 yaşlı qızı Melisanı ön oturacaqda otuzdurub. Üstəlik Lalə özü də, qızına da təhlükəsizlik kəməri bağlamayıb. Onun digər qayda pozuntusu ilə maşın sürərkən telefondan istifadə etməsidir.

Sosial şəbəkədə izləyiciləri Lalənin qaydaları pozduğunu yazaraq, onu tənqid ediblər. Əlimuxtarova isə onlara “Əslində biz yol getmirik. Məhlədəyik. Çoxu elə bilir videonu yol gedə-gedə çəkirəm. Yox məhlədəyik. Xoş sözlərə görə hamıya təşəkkür” cavabını verib.

Qeyd edək ki, 12 yaşadək uşaqlar qabaq oturacaqda xüsusi oturacaqda oturmalıdılar. Əgər bu tələb pozulursa, bu zaman avtomobil saxlanılır və sürücüyə inzibati qaydada protokol tərtib edilir. Bu zaman sürücüyə 3 bal yazılır və o, 60 manat cərimə ödəməli olacaq.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin (İXM) 329.1-ci maddəsinə əsasən, sürücüyə hərəkətdə olan nəqliyyat vasitəsində kəməri bağlamamasına görə ona 40 manat cərimə tətbiq olunur.

İXM-in 342.6 maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.



Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Özcan Deniz oğlu ilə

18.08.2018 / 19:30
 
Xəbər lenti
                                                           
ankara escort