“Məni Heydər Əliyevlə görüşə aparmadılar...” - İllər sonra açıqladı

“Məni Heydər Əliyevlə görüşə aparmadılar...” - İllər sonra açıqladı


Xalq artisti Brilliant Dadaşova “Səhər-səhər” verilişinin qonağı olub.

Müğənni proqramda illər əvvəl yaşanan hadisədən danışaraq yeni bir qalmaqala imza atıb.

Xanım Dadaşova xalq artisti, tanınmış bəstəkar Siyavuş Kəriminin ona haqsızlıq etdiyini bildirib:

“Norveç xorunun üzvləri Azərbaycana gəlmişdilər. Kürdəmirdə olan zaman televiziyada mənim çıxışımı dinləmişdilər. Yanlarında gözəl bəstəkar Qalib (Qalib Məmmədov) var idi. Ondan məni soruşublar. Qabil gəncəli idi, indi Norveçdə çalışır. O, xariciləri mənlə görüşdürmək üçün Rafiq Babayevin studiyasına gətirdi.

1995-1996-cı ildə mənimlə müqavilə imzalandı. Layihənin baş tutmasından bir il əvvəl rəsmi müqavilə bağlandı. Albom hazırlandı. Amma efirdə Rafiq Babayevin studiyasının rəhbəri Siyavuş Kərimi başqa şeylər danışdı. O, söylədi ki, norveçlilər başqa müğənninin səsi eşitdikdən sonra təəssüfləndilər. Dedilər ki, gərək o müğənni ilə çalışardıq”.

Elgiz Əkbər açıqlamaya müdaxilə edərək həmin xanımın Nazpəri Dostəliyevanın olduğunu söyləyib.

Xalq artisti daha sonra S. Kəriminin Heydər Əliyevlə görüşə onu aparmadığını qeyd edib:

“Bəli, Nazpəri gözəl və ustad müğənnidir. Əlinə mikrofon alsa, aləmi dağıdar. Sözüm onda deyil. Siyavuş Kərimi efirdə deyir ki, xaricilər söyləyib ki, Nazpərini niyə tanımadıq. Bundan başqa, Allah rəhmət eləsin, Heydər Əliyevlə bu albom barədə görüşümüz olacaqdı. Mən də özəl hazırlaşmışdım, paltar tikdirmişdim. Amma Poladla (keçmiş mədəniyyət və turizm naziri Polad Bülbüloğlu) Siyavuş görüşə getdilər, mənə demədilər.

Sözümün canı var. Üç il sonra həmin xaricilər mənə yenə zəng etdilər, dedilər ki, “Nobel” mükafatı ilə bağlı albom hazırlayırıq, sizi də dəvət edirik. Allah var. Şükür ki, Allah hər şeyi qaydasına qoyur. Axı Siyavuş efirdə deyirdi ki, onlar Brilliantla işləməklərinə təəssüfləniblər, Nazpəri ilə çalışmaq istəyirlər. Dünyada haqq, nahaq var”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                 
20:00 "Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır"