“Sən hələ qəbir əzabına hazır deyilsən” - Qalmaqal böyüyür

“Sən hələ qəbir əzabına hazır deyilsən” - Qalmaqal böyüyür


“Mənim Rəhimə nə verəcəyim var, nə də alacağım var. Ola bilər ki, Rəhim bizsiz qala bilmir. Paxıllığından canı çəkə bilmir və bu sözləi işlədir. Mənim dərdim onlar deyil. Sadəcə Rəhim sözünü deyir, amma onu dərk etmir”

Bu sözləri ARB TV-nin “Günə doğru” proqramına açıqlamasında müğənni Kərim Abbasov deyib.

Müğənni, Rəhimin onun haqda dediyi, “Niyamla Kərim bir-birindən ayrı qala bilmir” və “Kərim ağzını açıb danışa bilər, amma varlığına dala bilməz” cümləsinin cavabını efir vasitəsilə verib:

“Rəhim 9 milyon insanın qabağında ağzını danışığını bilməyib mənə söz deyir. Fikirləşsin ki, kimə söz atır. Həmişə evinin başında məni otuzdurmusan. Sadəcə, ağzını açıb danışa bilər, amma varlığına dana bilməz cümləsi məni sıxdı. Mən özümü apara bilməsəm məni toya dəvət etməzlər.”

Sənətçi daha sonra Rəhim Rəhimlinin sənətkar olmadığını bildirib:

“Niyamla onun münasibəti necədir mənə aidiyyatı yoxdur. Onun daşı bunun başına, bunun daşı onun başına. Məni Fatiməylə, Rüfət Axundov Niyamla barışdırıb. Biz erməni deyilik ki, kin saxlayaq. Bizim barışığımız niyə Rəhimi bu qədər yandırıb. Rəhim oturub axirətdən danışır. Bir məsləhətim var. Rəhim, sən axirətə hazır olan adam deyilsən.

Axirətin "a" hərfini belə tutmamısan. Sən hələ qəbir əzabına hazır deyilsən, qaldı ki, axirətə. Sənətin də "s" hərfindən danışma. “Basdalama damarımı” musiqisində allah reperlərin və aranjımançının canını sağ eləsin. Rəhim orda ancaq “Şınanay yavrum, oba şınanay, şınanay, şınanay oba şınanay” deyir. Rəhim orda qeyri-adi bir şey etməyib. Onu mənim 1 yaş 4 aylıq oğlum var o da oxuyar”.


"Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti