“Natavan Aygünə görə mənlə atışdı…” » Gecce.Az Xəbər Portalı
“Natavan Aygünə görə mənlə atışdı…”

“Natavan Aygünə görə mənlə atışdı…”


“Bizim Natavanla tanışlığımız illərə dayanır. Toyuna getmədim, dəvət olunmadım. Bizim onunla Aygün Kazımovaya görə söz atışmamız olub. O vaxtdan bəri aramızda inciklik olub. Aygün xanım məni doğum gününə əvət etmişdi. Natavan qayıdıb mənə demişdi ki, sən niyə onun ad gününə getmisən? Mənim ağlım var, qərarları özüm verirəm”.

Bu sözləri ifaçı Kərim Abbasov “ATV maqazin onlarla” proqramının “Hit parad” rubrikasında qonaq olarkən deyib.

O, həmkarı Natavan Həbibi ilə küsmə səbəbini açıqlayıb:


“Aygün Kazımova ilə Natavan küsülü ola bilər. Amma o demək deyil ki, hər iki tərəfin dostları bir-biri ilə dava etməlidir. Aygün və Natavan barışa bilər, biz ortada qalacağıq. Natavanın ürəyi kinlə dolub. Bu yaxınlarda oğlumun doğum günü oldu. Bütün sənətçi dostlarım iştirak etmişdi, bir-iki nəfərdən başqa. Bu yaxınlarda məlum oldu ki, Natavan onlara icazə verməyib. Gözəl müğənnisən, amma ürəyinin kinini kənara at. Bir də dilinin altına qənd qoy. O, zəhər dili adamı sancır”.

Verilişdə təqdim olunan sujetdə həmin şəxsin Səidə Sultan olduğunu iddia edilib.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Özcan Deniz oğlu ilə

18.08.2018 / 19:30
 
Xəbər lenti
                                                           
ankara escort