Efirdə dava düşdü: "Onu niyə çağırmısan?"

Efirdə dava düşdü: "Onu niyə çağırmısan?"


ARB TV-nin “Sayqa ilə bu axşam” proqramında dava düşüb.

Əli Mirəliyevin bəzi müğənnilərə “müğənnicik” deməsini Oksana narazılıqla qarşılayıb.

Məsələyə müdaxilə edən Zöhrə Abdullayeva isə rəqqasəyə bildirib ki, illərin sənətkarına irad tutmaq olmaz:

“Müğənnicik” dedi əcəb elədi. Biz illərin sənərkarına irad tuta bilərdik?”.

Ona irad tutan Oksana studiyanı tərk edib:

“Kim irad tutur ki? Mən sizə burada yer vermədim deyə belə edirsiz? Mən “müğənniciklər” sözünə irad tuturam. Mən kiminsə xoşuna gəlsin deyə danışmıram. Dekabr ayında 35 yaşım tamam oldu. Bilməyənlər bilsin ki, mən 25 yaşında qız deyiləm. Mən hər zaman böyüklərin hörmətini saxlamışam. Bu mənim şəxsi fikrimdi. Hörmətlə qəbul edəcəksiniz və mən buradan gedirəm”.

Z.Abdullayeva aparıcıya "Onu niyə yaşlı nəsillə bura çağırmısan ki?" deyə, irad tutub.

Mirəliyev isə Oksananı qeyri-peşəkar adlandırıb.



Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video

19.01.2018 / 11:20
 
Xəbər lenti
 
Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video 11:20 Brilliant Dadaşovanın oğlundan təhlükəli hərəkət - video