Rusiyanın Birinci kanalında məşhur veriliş Azərbaycana həsr olundu - Video

Rusiyanın Birinci kanalında məşhur veriliş Azərbaycana həsr olundu -  Video


Rusiyanın məşhur "Поле чудес" programı Azərbaycana və Beynəlxalq çay gününə həsr olunub.

Studiya Azərbaycan xalçaları ilə bəzədilib, dairəvi yarış masasına Azərbaycan milli mətbəxinə aid olan şirniyyatlar, quru meyvələr, nar düzülüb.

Aparıcı Leonid Yakuboviçin xanım köməkçiləri Azərbaycanın milli geyimləri ilə göz oxşayıb. Verilişin aparıcısına onun portreti olan xalça, "Qarabağ" futbol klubuna aid olan futbolka və oyunçuların imzası olan top, müxtəlif meyvələrdən hazırlanmış mürəbbələr və neft hədiyyə edilib.

Veriliş zamanı xalqımızın çayla bağlı müxtəlif adət-ənələri təbliğ edilib, "Armudu" rəqsi ifa edilib, armudu stəkanda iki rəngli çay təqdim olunub. Xüsusi diqqət çəkən məqam isə musiqiçilərimizin milli musiqi alətlərimiz olan nağara və zurnada xalq rəqslərimizi ifa etməsi olub.

Yarışın iştirakçılarından biri olan əməkdar artist, şoumen, prodüser Murad Dadaşov parlaq oyun nümayiş etdirərək, Super oyunun qalibi olub.



AzNews.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah yağış yağacaq

13.12.2018 / 16:30
Sabah hava necə olacaq?

12.12.2018 / 14:00
 
Xəbər lenti
                                                           
ankara escort izmir escort