Məşhurlar ay ərzində nə qədər pul xərcləyir - ŞOK RƏQƏMLƏR - 24 min, 10 min... - SİYAHI

Məşhurlar ay ərzində nə qədər pul xərcləyir - ŞOK RƏQƏMLƏR - 24 min, 10 min... - SİYAHI


Adətən deyirlər ki, xanımlar kişilərlə müqayisədə daha qənaətçil olurlar. Ancaq şou-biznesdə bu əksinədir. Məşhur xanımlar baxımlı qalmaq üçün daha çox pul xərcləməlidirlər.

Gecce.az mətbuat.az-a istinadən xəbər verir ki, məşhurların ay ərzində nə qədər pul xərclədiklərini öyrənib.

Əməkdar artist Röya Ayxan müsahibələrinin birində ay ərzində işçiləri ilə bərabər, 24 min manat xərclədiyini söyləmişdi.

Əməkdar artist Elza Seyidcahan isə nə qazanırsa, onu da xərclədiyini deyir:

"Təxmini məbləğ dəyə bilmərəm. Çünki elə olur ay ərzində qazanmırıq, ancaq xərcləmək məcburiyyətində qalırıq. Pulu həm sənətə, həm geyimə, həm ailəyə, həm də ehtiyacı olan insanlara xərcləyirik. Bəstəkar kimi deyə bilərəm ki, gələn adam aşağı məbləğ danışmaq istəyir, ancaq düşünmür ki, bizə də pul lazımdır".

Müğənni Damla isə qazandığının demək olar ki, yarısını geyimə, işinə, kliplərə, mahnılara xərcləyir:

"Ay ərzində haradasa 8-10 min xərcim çıxır”.

Müğənni Bahar Lətifqızı yeməyə pulunun çıxmadığını deyir:

"Bütövlükdə desəm, geyim filan qarışıq, elə ay var ki, 5, elə ay var 2 min xərcləyirəm. Elə ay da olur ki, 800 manat xərcim çıxır. Baxır da...”

Məşqçi Kamil Zeynallı isə qazandığından iki dəfə artıq xərclədiyini deyir:


"Adamın nə qədər işi-gücü çox olur, bir o qədər də çox xərcləyir. Maşınımın benzini, konturlar, geyimim... bir sözlə, ayağımı yorğanıma görə uzadıram. Məsələn, orijinal bir şey 5 manatdırsa, onun 1 manatlığını alıram, amma özümə yaraşanını seçirəm”.

Müğənni Elariz Məmmədov isə az xərci çıxan məşhurlardandır:

“Evdə oluram, bir də studiyaya gedirəm. Buna görə az xərcim çıxır. Təxminən aya 1000 manat xərcləyərəm".

Xalq artisti Aygün Kazımova isə ay ərzində xərclədiyi məbləği qətiyyən açıqlamaq istəmir.

Müğənni Zamiq də nə qədər qazanır, o qədər xərcləyir:

“Əslində xərclədiyimi heç vaxt saymıram”.

Müğənni Çinarə Məlikzadə klip çəkilişi və geyim də daxil olmaqla, orta hesabla ay ərzində 7-8 min manat xərcləyir.


Tanınmış aparıcı Afaq Gəncəli isə dedi ki, ay ərzində təxmini xərci 7 mindən aşağı olur.

“Heç xərclərimi hesablamıram. Çünki sayı-hesabı yoxdur. Ancaq onu bilirəm ki, çox bədxərcəm. Xərclədiyim məbləğin heç vaxt hesabını aparmıram”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort