"İşimə heç kim qarışmasın" - Məleykə Əsədova

"İşimə heç kim qarışmasın" - Məleykə Əsədova


“Bir gün ciddi obraz, ikinci gün komediya üçün səhnəyə çıxırdım. Biz aktyorlar insanlıqdan çıxmışıq, nə qədər tale yaşayırıq. Çox çətin obrazları canlandırıram. Beynimin sümüyü ağrıyır obrazları oynayanda”.

Bu sözləri xalq artisti Məleykə Əsədova “ATV kulis” verilişində deyib.

Aktrisa onu dəfələrlə qalmaqala çəkdiklərini söyləyib. O bildirib ki, bacardığı qədər söz-söhbətdən uzaq olmağa çalışır:

"Hamısında gülüb keçirəm. Bunu kimdənsə çəkindiyim üçün etmirəm. Adıma, obrazlarıma hörmət edirəm. Səviyyəmi aşağı salıb, onlara cavab vermirəm. Heç kimin həyatına qarışmıram, içimdə böyük sevgi var. Mənim də işimə heç kim qarışmasın”.

Əsədova seriallara çəkilməməyinin səbəbini açıqlayıb:

"Sənəti çox sevirəm, necə gəldi çəkilmək istəmirəm. Tək Məleykə ilə serialda iş bitmir. Obraz, aktyorlar, rejissor, texniki iş mənə uyğun olmalıdır. Hətta Türkiyədən də dəvət aldım. O demək deyil ki, qaça-qaça gedəcəm. Mən də serialda çəkilməyi arzulayıram. Amma hələ yox”.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti