Röyanın keçmiş biznes ortağı həbs edildi

Röyanın keçmiş biznes ortağı həbs edildi


Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı həbs edilib.


Röya Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Teleqraf.com-un məlumatına görə, Səbinə Hüseynova dələduzluqda ittiham edilir.

İttiham aktına əsasən, o, vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İstintaq dövründə Səbinə Hüseynova barəsində həbs qətimkan tədbiri seçilməyib. Bir neçə həftə əvvəl məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhkum edilməsini istəyib.

Daha sonra Səbinə Hüseynova növbəti proseslərə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb.

Tutulan Səbinə Hüseynova Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, əməkdar artist Röya Ayxan bir neçə il bundan əvvəl Səbinə Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə onun adı dələduzluq əməlində keçdiyi üçün Röya Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb./Report/
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti
                                                           
ankara escort