Pərvin Tunaydan 200 min təzminat istədi

Pərvin Tunaydan 200 min təzminat istədi


Keçmiş aparıcı və aktrisa Tunay Əliyeva ilə Pərvin Abıyeva arasındakı qalmaqal məhkəmə ilə nəticələnib.

Tunay Pərvini məhkəməyə verib 100 min təzminat istədiyini bildirib.

P.Abıyeva "ATV maqazin onlarla" verilişində Tunaydan istədiyi təzminatın məbləğini açıqlayıb:

"Heç kimlə işim yoxdur. Məhkəməyə müraciət etdim, 10-dan sonra vaxt açıqlanacaq. O, məndən 100 min istəyib. mənsə ondan 200 min istəyirəm".

Qeyd edək ki, Tunay bir neçə dəfə Pərvini sosial şəbəkədə təhqir edib. Bir neçə gün əvvəl isə o, Abıyevanın "Azərbaycan kişiləri kobuddur" ifadəsinə görə ona nalayiq sözlər demişdi. Pərvin isə sosial şəbəkədə T.Əliyevaya bunları yazmışdı:

"Sən Tunaya mən bir dəfə cavab vermədim, qadındır deyib, boş verdim. Bu dəfə sənin nə olduğunu deyəcəm. Sən kimə 500-1000 manatlıq deyirsən? Mənim ətrafımdakıların tanışlarının çoxu səninlə nəinki 500, 300 manata görüşüblər. Sənin avtobioqrafiyanı öyrənmişəm. Maşınla adam vurub qaçdın. Türkiyədə pulla görüşürsən. Üstəlik türk seriallarında "massofka" kimi oynayırsan, gəlib burada aktrisalıqdan danışırsan? Neçə ildir türk kişiləri ilə görüşən sənsən. Mən Türkiyəyə gedib filmimi təqdim edib gəlirəm. Sənin kimi otelləri gəzmirəm. Özünü mələk kimi göstərmə. Sən mənim tayım deyilsən. Azərbaycan kişisinin birini maşında öldürən elə sən idin. Azərbaycan kişilərinin adını batırıb Türkiyədə pulnan görüşən də sənsən".

Bu açıqlamalardan sonra hər iki tərəf bir-birini məhkəməyə verib.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti