“Kelebek”də diqqət çəkməyən Nigarla Röya - 17 minlik çəkmə belə...

“Kelebek”də diqqət çəkməyən Nigarla Röya - 17 minlik çəkmə belə...


44 ildir ki, Türkiyədə keçirilən “Altın kelebek” mükafat mərasimində ilk dəfə azərbaycanlı müğənnilər iştirak edib. Azərbaycanın ən parlaq ulduzu nominasiyası üzrə üç məşhur : Miri Yusif, Nigar Camal və Röya Ayxan mübarizə aparsa da, qalib Röya olub. Miri Yusif konsert keçirməsi səbəbilə gecəyə qatılmasa da, iki xanım məşhurumuz tədbirdə özəl görünməyə çalışıb.

"Qafqazinfo"nun məlumatına görə, nəzərə alaq ki, belə təntənəli mərasimlərdə mükafatlardan çox tanınmışlaırn geyimləri müzakirə mövzusuna çevirilir.

Mükafatın qalibi Röya tədbirə iki fərqli geyimdə qatılsa da, sarı rəngli libasını belə bir gecə üçün sönük hesab etmək olar. Diqqət yetirsək, əməkdar artistin qarderobunda daha diqqətçəkən geyimləri var.

Heç bir stilistdən yardım almadığını etiraf edən Röya saç və makiyajını özü etdiyini bildirib. Ancaq onun bu əl işi heç də uğurlu alınmayıb.

Əməkdar artist səliqəsiz bir görüntüdə səhnəyə çıxaraq mükafatını götürüb. Daha sonra Röya mahnı oxumaq üçün yenidən səhnəyə dəvət olunub. Bu dəfə də geyimi sadə olub.

Gecənin digər azərbaycanlı məşhuru Nigar Camal çəkmələri ilə diqqət çəkib. Bir müddət əvvəl saçlarını qara etdirən müğənni “Altın Kelebek” üçün saçlarını qızılı rəngə boyadıb.

“Kelebek”də diqqət çəkməyən Nigarla Röya - 17 minlik çəkmə belə...


Gecəni yarımçıq tərk edən Nigarın qara rəngli geyimini isə Bakıda məşhur moda evlərindən biri hazırlayıb. Pop ulduz iddialı geyinsə də, paltarının “quyruğu” birmənalı qarşılanmayıb.

İfaçı dünya ulduzlarının son zamanlar ən çox müraciət etdiyi “SAINT LAURENT” adlı markanın 10 min dollarlıq (təxminən 17 min manat) çəkmələrindən istifadə edib.

Rihanna, Kendall Cennerin gündəlik istifadə etdiyi çəkməni Nigar özəl tədbirdə geyinərək zərif paltarını kobudlaşdırıb.

Nigarın “Altın kelebek” üçün ayaqqabılarını uğursuz hesab etsək də, saç və makiyajı tərifə layiqdir.

“Kelebek”də diqqət çəkməyən Nigarla Röya - 17 minlik çəkmə belə...


“Qafqazinfo” mövzu ilə bağlı imicmeyker Elnarə Bəkirova ilə əlaqə saxlayıb. O, hər iki məşhur xanımın geyimlərini analiz etməyə çalışıb:

“Röya Ayxan sarı rəngli geyimdən istifadə edib. Sarı elə onun rəngidir, dərisi ilə uyğunlaşıb. Səhnədə yəqin ki, diqqət çəkmək istəyib. Mahnı ifa edən geyimi ilə sarı rəngli paltarı çox yaxşı idi. İfa zamanı boğazına “kəpənək” taxıb, bir obraz yaradıb və diqqət çəlb edib. Amma saç və makiyajı geyimlərinin haqqını vermirdi.

Nigar Camal isə nə etmək istəyib anlamadım. Arxadakı "quyruq" yaxşı görünmür. O nəyə lazımdır? Ayaqqabısı parıltılı olsa da, kobud görünüb. Saç və makiyajı çox əladır. Birinin geyimi əla, makiyajı uğursuz. Digərinin isə əksinə".





Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Rayonlara qar yağacaq

17.01.2018 / 13:06
 
Xəbər lenti