Aygün Bəylər danışdı - “Cıracağam onu”

Aygün Bəylər danışdı - “Cıracağam onu”


Əməkdar artist Aygün Bəylərin növbəti dəfə ailə həyatı qurmaq xəbəri yayılıb.


Bu haqda Avropa prodüseri Sultan şəxsi facebook hesabında xəbər verib. O, ifaçının toyunda iştirak etməyəcəyini bildirib:

“Bu gündən etibarən Aygün Bəylərlə yollarımı ayırdım. Onun haqqında mənə sual verməyin. İşbirliyi də, dostluq da bitdi. O, seçimini etdi və artıq həyat yoldaşı ilə xoşbəxtdir. Biz də bir dost kimi xoşbəxt olmağına sevinirik. Toyunda iştirak etməyəcəm. Beş ildir ustadın ən sadiq və güvəndiyi dostu idim, ancaq bitdi”.

AzNews.az xəbər verir ki, Kivnews.com məsələ ilə bağlı A.Bəylərlə əlaqə saxlayıb. Prodüserin yazdığı statusdan xəbərsiz olan əməkdar artist əsəblərini cilovlaya bilməyib:

“Gicdir o? Cıracağam onu. İndi burada problem nədədir axı? Siz mənim arxamı güdəcəksiz? Ərə gedirəm, əcəb edirəm. Əl çəkin də məndən”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti