Atasının halı pisləşdi, təqdimatdan getdi

Atasının halı pisləşdi, təqdimatdan getdi


Ötən gün Özcan Deniz baş qəhrəmanı olduğu “Öteki taraf” filminin qala gecəsini yarımçıq tərk edib. Onun premyeradan təcili getməsinə səbəb atası Sadık Denizin xəstəxanaya aparılması olub.

Özcan qalanın son dəqiqələrində təqdimatdan sonra təşkil olunan şənliyi ləğv edib və Kartal Araşdırma Xəstəxanasına gedib.

Xəstəxanada Özcanın rejissor qardaşı Ercan Deniz media nümayəndələrinin suallarını cavablandırıb:

“Sidik yolundan infeksiyalar ortaya çıxıb. İndi vəziyyəti bir qədər yaxşılaşıb. Gecəni xəstəxanada keçirmişik. Lazım olan açıqlamanı həkim yayacaq. Özcan birinci xəstəxanaya gəldi. Telefonumuz səssiz olub, qala gecəsinin sonunda xəbər tutduq”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti