Pərvin azərbaycanlı kişiləri təhqir etdi - “Kobuddurlar...”

Pərvin azərbaycanlı kişiləri təhqir etdi - “Kobuddurlar...”


Tez-tez qalmaqallarla gündəmə gələn aktrisa Pərvin Abıyeva Türkiyə mətbuatına müsahibəsində azərbaycanlı kişiləri təhqir edib.

Aktrisa sevgili olduğu deyilən türkiyəli müğənni Rafet El Romanla bağlı suala belə cavab verib:

“O, çox romantikdir. Bilmirəm mənə elə gəlir, amma ümumi mənada sevimli görünüşü var. Bizim Azərbaycan kişiləri belə deyil...Onlar biraz kobud və köhnə fikirlidirlər. Türkiyə kişiləri qədər romantik deyillər”.

Aktrisanın bu müsahibəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Aktrisalığı ilə gündəm ola bilməyən, gah geyimləri ilə, gah da maşın şoudakı davası ilə tanınan Pərvin azərbaycanlı kişilərlə bağlı dedikləri sərt tənqid olunub.

Lakin, P.Abıyeva tənqidlərə növbəti dəfə təhqirlə cavab verib:

“Nədi, yenə daş düşüb bəzilərinin başına? Demişəm, yaxşı etmişəm. Nə gözləyirdiniz, yalan deyim ki, yaxşısınız? Söydüyünüz söyüşlər də əzizlərinizə getsin”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti