Pərvin Abıyeva ilə həmkarı arasında QALMAQAL: “Sevgiliylə yox, işlə gündəmə gəl”

Pərvin Abıyeva ilə həmkarı arasında QALMAQAL: “Sevgiliylə yox, işlə gündəmə gəl”


Pərvin Abıyevanın bu gün Türkiyənin “Hürriyyət” nəşrinə verdiyi müsahibə qalmaqal yaradıb.


Buna səbəb isə onun bu sözləri olub: “Sevgilim var, amma, yox kimi bir şeydir. Əgər buraya köçsəm, işə başlasam, Azərbaycanda olan hər şey orada qalacaq.

Türkiyədə yeni həyata başlayacam. Sevgilim istəsə, həyatımda qalar, istəməsə qalmaz, özü qərar verər. Həyatıma heç kimə görə istiqamət vermirəm.
Azərbaycanlı kişilər bir az kobud, mühafizəkar və bir qədər köhnə fikirlidir. Türk kişiləri kimi romantik deyillər”.

Sosial şəbəkələrdə geniş müzakirə olunan müsahibə Pərvinin həmkarlarını da qıcıqlandırıb. Saytımıza açıqlama verən aktrisa Aysel Nazim də Pərvinin bu hərəkətinə əsəbiləşdiyini bildirib:

“Onun müsahibəsini heyrətlə oxudum və yaraşdırmadım. Özü haqqında pis fikir yaratdı. Türkiyə "yamaq" olmaq istəyənlərlə doludur. Gözəl işlərlə, önəmli rollarla Azərbaycanı təmsil etmək lazımdır, beşinci dərəcəli rolla və "məni çəkin" deyə yalvararaq yox. Sevgilisi barədə dediyi sözlər isə heç xoş deyil. Sevgiliylə yox, işlə gündəmə gəlmək lazımdır”.
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti