"Məni toya Musasız çağırırlar"

"Məni toya Musasız çağırırlar"


Müğənni Musa Musayev həyat yoldaşı Təranə Qumralın hesabına məşhurlaşdığını deyib.

Sənətçi “5/5” verilişində deyib ki, həmin vaxtlar heç kim onu tanımırmış:

“Müğənni kimi 1988-ci ildən fəaliyyətə başlamışam. 1997-ci ildə Təranə xanım məni məcbur albom çıxartdırdı. O vaxta kimi mən ancaq içirdim, heç albom yadıma düşmürdü”.

T.Qumral ərinin sözlərinə münasibət bildirib:

“Musa mənimlə tanınıb. O qədər zəng edib məni Musasız toya çağırırlar ki... Demişəm tək toya gəlmirəm. Hətta bir dəfə bir xan müğənni Musaya deyirdi ki, gedək Astaraya toya, Təranənin xəbəri olmasın”.

Təranə daha sonra "Onun üçün "sino" gedirəm" deyə, sevgisini etiraf edib.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti