Bu sözlər qalmaqal yaradacaq: "Nigara səs versinlər"

Bu sözlər qalmaqal yaradacaq: "Nigara səs versinlər"


“Eurovision 2011” qalibi Nigar Camal “Hər şey daxil” verilişinin qonağı olub.

Proqramın aparıcıları Sevil və Sevinc Səfərova bacıları Türkiyədə keçiriləcək “Altın kələbək” yarışmasından danışıblar. Bildirilib ki,Azərbaycanı təmsil etmək üçün əməkdar artist Röya Ayxan və Nigar mübarizə aparır. Ən çox səs toplayan müğənni Türkiyədə keçiriləcək böyük gecədə iştirak edəcək.

Əkiz bacılar Nigara dəstək olduqlarını söyləyiblər və onun üçün səs istəyiblər:

“Bizi sevənlər Nigara səs versinlər. Mən Nigara dəstəyəm. Çünki onu Türkiyədə hər kəs tanıyır. Azərbaycana qalibiyyəti, sevinci yaşadan Nigarla Eldar olub. Fikirləşirəm ki, Nigar bizi layiqincə təmsil edəcək. Nigara uğurlar, əminəm ki qalib gələcək. Bunu səbirsizliklə gözləyirəm”.

“Ooo... Flaş...” deyə proqramda qonaq olan stilist Anar Ağakişiyev münasibət bildirib.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti