“Neyləyim, istədiklərini söyləsinlər” - Nur Yerlitaş

“Neyləyim, istədiklərini söyləsinlər” - Nur Yerlitaş


Canlı yayımda şəhidləri ələ saldığı üçün sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunan modelyer Nur Yerlitaş söylədiyi sözlərlə bağlı açıqlama verib.

Modelyer bildirib ki, heç kimin onun vətəninə, bayrağına hörmətini qaralamağa gücü çatmaz:

“Çirkin əməllərlə sosial mediada yayılan görüntülər əslində belə idi: canlı yayım gedən vaxt yanımdakı dostlarımdan biri vurğuladı ki, bəzi insanlar "şəhidlərin" yalanları arxasında gizlənərək insanları təhqir edirlər. Mən də cavabımda “Neyləyim, istədiklərini söyləsinlər” dedim”.

Xatırladaq ki, bu gün Nur Neslihan adlı rəfiqəsinin ad günündə canlı yayıma qoşulub. O, müğənni Serkan Kayanın xanımı Ayşegüllə söhbəti zamanı “Nə edim, şəhid olublar. Şəhidlər-məhidlər, uf, daha bəsdir” deyib.

Bu isə sosial şəbəkədə böyük qalmaqala səbəb olub. İstifadəçilər modelyerə “Sizə yaraşmadı, ar olsun”, “Ekranda sevimli görünən üzün maska imiş”, “Onlar olmasa, siz o masada otura bilərsiniz?”, “Özünüz də, sözünüz də çox çirkindir” yazıblar.

Axşam.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti