Əli Mirəliyevlə Elgiz arasında efirdə qalmaqal: "Qışqırma..."

Əli Mirəliyevlə Elgiz arasında efirdə qalmaqal: "Qışqırma..."


ARB-nin “Səhər-səhər” verilişində aparıcı Elgiz Əkbərlə müğənni Əli Mirəliyev arasında gərgin anlar ayşanıb.

Proqramda sosial şəbəkədə toylarla bağlı yayılan görüntülər nümayiş olunub. Bəyə tort verərkən onunla zarafat edən gəlinlərin döyülməsi süjetinə əməkdar artist Elnarə Abdullayeva münasibət bildirib:

“Əcəb edir. Mənim gəlinim və qızım o hərəkəti etməz. Qadının qadın hərəkəti var. Bir-birinə tort vermək biabırçılıqdır, hələ bir aldadır da. Belə zarafat olmaz. Qayınata əcəb edib gəlinə sillə qurdu. Gəlin uşaqdı uşaq qələtini etsin”.

E.Əkbər isə bu sözlərlə razılaşmadığını söyləyib:

“Zarafatdır da, şoudur. Uşaqdır da edir. Məncə səhv etməyib. Bu, bütün dünyada var”.

Ə.Mirəliyev isə qəfildən qışqıraraq “Düz edib, nə ayıbdı? Sən min adam içində bəyi ələ salırsan. Evin kişisi mənəm. İndidən belə edirsə, sonra gör nə olar” deyib.

Elgiz isə “Qışqırma, yavaş, əyləş” cavabını verib.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti