Nur Yerlitaş bu sözlərinə görə topa tutuldu

Nur Yerlitaş bu sözlərinə görə topa tutuldu


Məşhur modelyer Nur Yerlitaş canlı yayımda söylədiyi sözlərə görə sosial şəbəkə istifadəçiləri tərəfindən topa tutulub.


Neslihan adlı rəfiqəsinin ad gününə qatılan modelyer canlı yayımda müğənni Serkan Kayanın xanımı Ayşegüllə söhbəti zamanı “Nə edim, şəhid olublar. Şəhidlər-məhidlər, uf, daha bəsdir” deyib.

Bu isə sosial şəbəkədə böyük qalmaqala səbəb olub. İstifadəçilər modelyerə “Sizə yaraşmadı, ar olsun”, “Ekranda sevimli görünən üzün maska imiş”, “Onlar olmasa, siz o masada otura bilərsiniz?”, “Özünüz də, sözünüz də çox çirkindir” yazıblar.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti