Kübra Əliyeva və Pərvin qalmaqalına Firəngiz Mütəllimovadan münasibət

Kübra Əliyeva və Pərvin qalmaqalına Firəngiz Mütəllimovadan münasibət


Əməkdar artist Kübra Əliyeva ilə aktrisa Pərvin Abıyeva arasındakı qalmaqala xalq artisti Firəngiz Mütəllimova münasibət bildirib.


Aktrisa “Bu bizik, Toliklə” verilişinə zəng edərək bunları deyib:

“Adi bir söz gəncləri depressiyaya sala, həyata küsdürə bilər. Pərvin də gəncdir. Ona dəstək olmaq, yaxud da bir kəlmə sözlə həyatını qaraltmaq olar? İstedadı var, mən də ona dəstək oluram. Kübra xanımla səhnə bölüşmüşəm. O da düz məsləhət verir ki, təhsil alsın. Mən də müəlliməyəm, onu yönləndirə bilərəm. Kübra xanımın dediyi sözdə qəbahətli heç nə yoxdur”.

Prodüser Tarix Əliyev (Tolik) isə “Mən səkkizinci sinifdə bitirib, bu gün aparıcı işləyirəm. Aygün Kazımova yüksək təhsil almayıb, indi xalq artistidir. Türkiyədəki aktrisalar var ki, heç universitet oxumayıblar. Bunlar fitri istedaddır” sözlərini deyib.

Qeyd edək ki, K.Əliyeva aktrisa haqqında "Sənin fitri istedadın hələ üzə çıxmayıb. İki rol oynamaqla sən özünü böyük aktrisa sayma. Sənə təhsil lazımdır. Hazırlaş, İncəsənət universitetinə gir, öyrən" sözlərini demişdi.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti