Acundan Hadisəyə qadağa - Bu kadrlar efirə getmədi

Acundan Hadisəyə qadağa - Bu kadrlar efirə getmədi


Türkiyəli pop ulduz Hadisənin fransız model Aurelien Muller ilə çəkdirdiyi yeni klipi “O səs Türkiyə”də yayımlanıb.

“Youtube”də yayımlanan ekran işi ilə Acun Ilıcalının kanalı TV 8-də təqdim olunan klip arasında fərqlər diqqətdən yayınmayıb.

Belə ki, Acun Hadisənin vanna otağında alt paltarında çəkilən görüntülərini efirdə göstərilməsinə icazə verməyib.

Acun Türkiyə Televiziya Şurasının (RTÜK) cərimələrindən çəkindiyi üçün belə bir addım atıb. Hadisə isə kanal rəhbərliyinin qadağası ilə razılaşmalı olub.

Qeyd edək ki, Hadisənin “Sıfır tolerans” mahnısına çəkdirdiyi klip açıq-saçıq səhnələri ilə gündəmi zəbt edib. Layihəyə “Youtube”də 6 gün ərzində 10 milyondan çox insan baxıb.



“Qafqazinfo"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti