Röyaya 21 mantlıq paltarı geyindirən SƏBƏB

Röyaya 21 mantlıq paltarı geyindirən SƏBƏB


Əməkdar artist Röya Ayxan onu təkrarlayanlardan danışıb.

Gecce.az xəbər verir ki, "Bizimləsən" verilişində qonaq olan sənətçi bunları qeyd edib:

"Əslində iki Röya var. Bunu heç kim dərk edə bilmir. Səhnədə olan Röya başqadır. Kimsə özünü mənə oxşatmaq istəyir. Heç nə deyə bilmərəm. Haqqım yoxdur, çünki onlar məni sevən insanlardır. Amma müzakirə edənlərə qıraqdan baxıb gülürəm. Səhnəyə çıxmaq üçün geyindiyim açıq-saçıq dedikləri geyimim üzərində saatlarla çalışırlar. Oğlumu 1-ci sinfə apararkən 21 manata paltar almışdım. Hətta İnstaqramda "ancaq sən bu paltarı bu cür təqdim edə bilərdin" yazdılar. Valideyn olduğum üçün heç kimdən seçilmək istəmirdim. Ora bahalı paltar geyinib, hansısa ana-balanı əzmək mənə yaraşmazdı. Amma səhnə tamam başqadır".

Röya Türkiyə şou-biznesi üçün göstərdiyi iddialarından da danışıb:

"Türkiyədə səhnəyə çıxıram. Burda etdiyim səhvlərdən və zərbələrdən nəticələr çıxarmışam. Əvvəlki səhvlərimi daha etməməyə çalışıram. Kim mənə nə edibsə özləri utansın. Buna görə utanmadım, utanmayacam da. Çünki işimə sadiqəm. Sənətimə bütün həyatımı həsr etmişəm və edəcəm də. Əminəm ki, məni qəbul edən oğlum, hər zaman mənə dəstək olacaq və sevəcək. Mənə oxşamaq istəyənlərə demək istəyirəm ki, bu çox ağır işdir. İstəmirəm geyindiyim açıq geyimləri təkrar edib, o sözləri onlar da eşitsinlər. Çünki o da Azərbaycan balasıdır. Mən bunlara dözdüm. İnanmıram ki, hər qız buna dözə bilsin. Əgər kimsə özünü mənə bənzədərək, adımdan evinə çörək pulu aparırsa nəyi pisdi axı? Əgər ruzi verə bilirəmsə, çox xoşbəxtəm. Bundan sonra da hamıya dəstəyəm. Amma bu yolun çətin olduğunu bilsinlər. Düşünürəm ki, bu ölkəyə Rihanna, Ledi Qaqa gəlibsə, artıq məni müzakirə edə bilməzlər. Hərdən deyirlər ki, hörmətsizlik edirsən, böyüklərə cavab qaytarırsan. Düşünürəm ki, birinci böyük hörmət qoymalıdır və özünü elə aparmalıdır ki, mən də özümü cilovlya bilim. Həmişə valideyinlərimə ailə qurmayacam deyirdim. Amma bu gün oğlum var. Demək ki, bunu heç vaxt düşünməmişəm.Hamıya gələcəyi düşünməyi və mənim kimi ana ola biləcəklərini deyirəm".
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabahın hava proqnozu

07.08.2020 / 15:30
"Qucaqlarda oturmamışam" - Brilliant Dadaşovadan tənqidlərə cavab

05.08.2020 / 17:30
 
Xəbər lenti