“Evdə sözüm bir dəfə deyilir…”

“Evdə sözüm bir dəfə deyilir…”


“Hamının övladı var. Balalarımız bizim ən yaralı yerimizdir. Kim ki, övlada söz atır, pis nələrsə deyir, o insan deyil. Bütün valideynlər istəyir ki, övladın qarşısında gözü kölgəli olmasın. Qızlarım barəsində pis nələrsə deyənlərə fikir vermirəm. Bir qızım xaricdə həkimlik işində işləyir, elə orada da qalır. Artıq xarici vətəndaşdır. Elə 2-ci qızımın da səfəri oradır. Orada oxuyacaq”.

Bu sözləri əməkdar artist Almaz Ələsgərli “Show time” verilişinə qonaq olarkən deyib. Müğənni bildirib ki, evdə əsas onun sözü keçir:

“Əlbəttə ki, uşağa balaca vaxtı sillə olmalıdır. Kim deyə bilər ki, uşağını vurmayıb. Belə bir deyim də var ki, qızını balaca vaxtından döyməsən, sonra dizinə döyərsən. Demirəm ki, uşağı döy, əzişdir. Mən elə etməmişəm. Elə indiyənə qədər övladlarım mənim bir baxışımdan hər şeyi anlayırlar. Elə bilirsiniz ki, elə onların üzünə gülürəm?

Evdə mənim sözüm bir dəfə deyilir. Onlara da demişəm ki, 2-ci dəfə mən söz deməyəcəm. O da onların beynində qalıb. Elə etməsəydim, indi onlar mənə hörmətlə yanaşmazdılar. Mən indi rahatam. Çünki qızım insanlar içinə çıxır və nə danışacağını da bilir. Mən övladlarımdan çox arxayınam. Çünki vaxtında onlara hər şeyi verə bilmişəm”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti