"Fədayənin bacılarının, oğlunun gözü yaşlıdır"

"Fədayənin bacılarının, oğlunun gözü yaşlıdır"


Müğənni Nadir Qafarzadə həmkarlarına səslənib.


İfaçı sənət dostlarını həbsdə olan müğənni Fədayə Laçının ailəsinə dəstək olmağa çağırıb:

“Dünən Manaf Ağayevlə Fədayə Laçının ailəsinə baş çəkdik. Onların bu saat mənəvi dəstəyə çox ehtiyacları var. Onlara diqqət lazımdır. Anası, bacıları, oğlu gözüyaşlıdır. Bir çoxunuz gedib o ailəyə baş çəksəniz, yaxşı olar. Həm mənəvi, həm də maddi dəstək ola bilərsiniz. Fədayə bu gün həbsdədirsə, deməli ailəsi əziyyət çəkir”.

Qeyd edək ki, Fədayə Laçın “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə günahlandırılaraq həbs edilib. “Qoca” polislə atışma nəticəsində aldığı güllə yarasından dünyasını dəyişib.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti