Aygün “Daf Bama”dan imtina etdi - Estetik əməliyyata görə

Aygün “Daf Bama”dan imtina etdi - Estetik əməliyyata görə


Azərbaycanın divası Aygün Kazımova bu il beynəlxalq mükafatlandırma mərasimi olan “Daf Bama Music Awards”da iştirak edə bilməyəcək. Buna səbəb xalq artistinin keçirdiyi estetik əməliyyatlardır.

Plastik-rekonstruktiv cərrah Dilqəm Məhərrəmov müğənninin səhhətini qoruması üçün Aygün Kazımovaya bir sıra qadağaların qoyulduğunu və hələ bir müddət uzaq məsafələrə gedə bilməyəcəyini açıqlayıb:

"Aygün xanımın 2 həftə əvvəl keçirdiyi müxtəlif bədən şəkilləndirilməsi əməliyyatlarından sonra özünü əməliyyatdan sonrakı dövrə uyğun əla hiss edir. Əməliyyat sahələri birincili sağalmışdır. Lakin buna baxmayaraq, əməliyyatın xarakterinə və protokoluna uyğun olaraq hələ bundan sonra 6 həftəyə qədər ilkin reabilitasiya dövrünə əməl etmək lazımdır.

Belə ki, hazırda Aygün Kazımovanın uzaq səfərlərə getməsi, aktiv şəkildə idman məşqlərinin etməsi, avtomobil idarəsi etməsi ona qadağan olunub. Aygün Kazımovanın üzərində 3 növ cərrahi əməliyyat icra olunub. Bunlardan ikisi tam yeni, biri isə əvvəl aparılmış cərrahi əməliyyatın yenilənməsidir”.

Qeyd edək ki, ötən il Aygün Kazımova ilk Azərbaycan müğənnisi kimi həmin tədbirdə iştirak edib və "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabah qaz olmayacaq

20.11.2017 / 19:32
 
Xəbər lenti