“Oğlum atasını görmək istəmir” - Günay

“Oğlum atasını görmək istəmir” - Günay


Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva eks-əri Tolqa Karel barəsində yeni ittihamlar səsləndirib.

Musayeva Antalyada qatıldığı dəfilədən sonra jurnalistlərin suallarını cavablandırıb.

O, Sarah Scotti ilə evlənib Çikaqoya köçən Karelin oğlu ilə maraqlanmadığını bildirib:

“Tolqa aylıq 500 lirəlik alimenti verə bilmir. Oğlunu heç axtarmır. Çox çətin günlər keçirdim. Bunlarn günahkarı odur. Oğlum artıq atasını görmək istəmir”.

Qeyd edək ki, Karel bir müddət əvvəl mediaya açıqlamasında “Oğlumun anası haqqımda pis danışıb. Onu Allaha tapşırıram. Mənə Cahangiri göstərmir” demişdi.

Xatırladaq ki, Günayla Tolqa 2011-ci ildə evlənib, 4 il sonra boşanıblar.

Karel daha sonra Sarah Scotti ilə nikah bağlayıb və Mia adlı qızı dünyaya gəlib.


“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti