"On minlik brilyant taxmaram" - Tünzalə

"On minlik brilyant taxmaram" - Tünzalə


"Müəllifəm, öz cığırımı çəkmişəm. İstədiyim sahəyə özümü yönəldə bilərəm. Bəziləri də var ki, onlar sadəcə ifaçıdılar. Onlara istiqamət verilir. O bu qədərdir. Beləsi özünü mənimlə müqayisə edə bilməz".

Bu sözləri əməkdar artist Tünzalə Ağayeva "ATV maqazin onlarla" verilişində deyib.

Müğənni xarici ulduzlarla yerli sənət adamlarını müqayisə edib:

"Öz vətənimdə tələbatlı müğənniyəm. Məndən konsert istəyirlər, toylara dəvət olunuram. Amma oturub bir il düşünürəm ki, mənim sponsorum var, büdcəm konsert verməyə bəs edər? Nə qədər bunları özümüz axtaracayıq, o qədər geri qalacayıq. Xarici ulduzların üç il əvvəlki qrafiki doludur. Sən getməlisən və bir il evə gəlməməlisən. Biz isə bir il evdə fikir edirik".

T.Ağayeva geyimlərindən söz açıb:

"Öz çərçivələrimi bilriəm. Daha da cəsarətli Tünzalə görəcəksiniz. Amma burada söhbət erotik geyimdən getmir. Zamanla hər şeyi görəcəklər.

Mən özümdən yüksək brilyant taxa bilmərəm. Əgər on manatım varsa, ona uyğun geyinəcəm. Yoxsa on min manatlıq brilyant var və dəbdir, gedim onu alım etmərəm. Yüz manatlıq ayaqqabını elə daşıyaram ki, millət heyran qalar".

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti