Evindən köçən müğənni şkafda 1 milyonunu unutdu

Evindən köçən müğənni şkafda 1 milyonunu unutdu


Müğənni Demet Akalın illərlə yaşadığı villasını satarkən orada 1 milyon lirəsini (təxminən 500 min manat) yadından çıxarıb.

18 milyon lirəlik yeni evinə köçən müğənni pullarını sellofanda unudub. Belə ki, köhnə evi yenidən təmir etmək üçün yollanan işçilərdən biri yataq otağında şkafda sellofan bükülünü açarkən pullar yerə dağılıb.

Təmir işləri ilə məşğul olan şirkət Demetə zəng vuraraq “Pulu evdə unutmusunuz, gəlin, aparın” deyib. Lakin pulu təslim edən şirkət “Biz insanlıq vəzifəmizi yerinə yetirdik. Demet xanımdan jest gözlədik, amma etmədi”, - deyə açıqlama verib.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti