"Onu özündən çıxarıb ki, döyüb"

"Onu özündən çıxarıb ki, döyüb"


Əməkdar artist Elza Seyidcahan reper Elşad Xosenin keçmiş həyat yoldaşı rəqqasə Oksana Rəsulovanı döymə xəbərinə münasibət bildirib.


Müğənni "Xəzər maqazin"ə açıqlamasında bununla bağlı suala belə cavab verib:

"Bunlar sevgidən yaranır. Sevir deyə kişi bu addıma ərk edir. Sevməyən kişi hansı ixtiyarla qadını döyür ki? Qadın ona bu münasibəti, şəraiti yaradıb. Onu özündən çıxarıb, ona görə də döyüb”.

Qeyd edək ki, reperin eks-xanımı Oksana Rəsulova Xose tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti