"Qaynanam olmasaydı, ailə qurmazdım" - Faytonçu Nazim

"Qaynanam olmasaydı, ailə qurmazdım" - Faytonçu Nazim


"21 yaşında ailə qurmuşam. Qaynanam olmasaydı bəlkə də evlənməzdim".

Gecce.az xəbər bu sözləri müğənni Nazim Pişyarı "Qadına görə" verilişində söyləyib. Erkən yaşda ailə quran müğənni sevgi hekayəsini danışıb;

"Həyat yoldaşımla qonşu olmuşuq. Orta məktəbdə başqa birini sevirdim. İndiki baldızım o qızla bir sinifdə oxuyurdu. Sinifin tədbirlərində iştirak edirdim. Baldızım da tədbirə indiki həyat yoldaşımla gəlmişdi. Orda həyat yoldaşım məni görüb, bəyənmişdi və "bu oğlana ərə gedəcəm" demişdi. Qismət elə gətirdi ki, həyat yoldaşımla görüşməyə başladıq. Sevgiyim qızı isə məktəbi bitirən kimi ərə verdilər. Qonşu olsaq da yoldaşımla əvvəllər qarşılaşmamışdıq. Bir gün evimizə zəng gəldi. İndiki qaynanam idi. Görüşmək istədiyini bildirdi. Çox narahat idim ki, yəqin qızını əlimdən alacaq. Qızıyla dostluq etdiyini bildiyini və kənardan buna pis baxanların olduğunu söylədi. Fikrin ciddidirsə elçi gəlməmi söylədi. Yoldaşım da sətiraltı sözlərini deyirdi. Atam cavan olduğum üçün ailə qurmağıma etiraz edirdi. Amma anam həmişə dəstəkləyib. Artıq 26 ildi evliyəm və çox xoşbəxtəm"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabahın hava proqnozu

07.08.2020 / 15:30
"Qucaqlarda oturmamışam" - Brilliant Dadaşovadan tənqidlərə cavab

05.08.2020 / 17:30
 
Xəbər lenti