"Oqtayla toyda 18+ meyxanalar deyirik"

"Oqtayla toyda 18+ meyxanalar deyirik"


Meyxanaçı Samirə Yusifqızı duet ortağı Oqtay Kamili tənqid edib.

Sənətçi "Günə davam" verilişində deyib ki, meyxanaçı ilə heç vaxt yola getmirlər:

"Oqtaydan küsən onun tayı olmalıdır. Amma hərdənd anışmadığımız anlar olur. Yaxşı adamdır, amma inkişaf etməmiş yerləri var hərdən üzə vurur. Mənim olmadığım məclislərdə haqqımda elə sözlər işlədib ki... Bəzən mənə göndəriblər, özünə atmışam ki, utanmırsan? Sevir hər yerdə özünü birinci göstərsin.

Oqtayla toylarda elə meyxanalar demişik ki, onları sosial şəbəkəyə versək, Azərbaycanda dəhşətli qalamqal olar. Hamısı +18... Bəzən toyda telefonla çəkmək istəyiblər icazə verməmişik. Elə deyişmə olanda xəbərdarlıq edirik ki, çəkilməsin. Bir-birimizi yuyub sərmişik.

Oqtay çox məsuliyyətsiz adamdır. Dəfələrlə məni toylardan, tədbirlərdən edib. Söz verib gəlməyib. Ona görə üzümə nələr deyib, məni təhqir ediblər".

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

25.11.2017 / 09:30
 
Xəbər lenti