"Nə yaxşı aşiq olmuşam" - Müğənnilər sevgilərindən danışdılar

"Nə yaxşı aşiq olmuşam" - Müğənnilər sevgilərindən danışdılar


Şou-biznes nümayəndələri bu dəfə sevgidən danışıblar.

“Xəzər maqazin” müğənnilər arasında sorğu apararaq onlara “Sevgi nədir və onu necə yaşayırsınız” sualını ünvanlayıb. Müğənnilərin sevgi etiraflarını təqdim edirik:

Tünzalə Ağayeva: “Özünü unudursan. Onun varlığı sənin içinə dolur. Hər yerdə onu görürsən, axtarırsan. Sanki insanın nəfəsi çatmır. Ancaq axtarışdasan. Yanında deyilsə, gözün onu axtarır”.

Namiq Qaraçuxurlu: “Aşiq olanda tənbəlləşirəm. Sənətlə məşğul olmuram. Sonrakı vaxtlar başlayıram çox çalışmağa”.

Sevda Ələkbərzadə: “Gözlərdə daima sevinc və təbəssüm olur”.

Elçin Cəfərov: “Elə bir hissdir ki, hardan gəlir hara gedir bilmirsən”.

İlqar Muradov: “Uzun illər əvvəl bu hissi yaşamışam. Nə yaxşı aşiq olmuşam”.

Ayaz Qasımov: “Bu hissləri sözlə demək olmur. Onu təbii yaşamalısan”.

Dado və Natavan Həbibi: “Sadəcə “Mən səni sevirəm” deməlisən”.

Nadir Qafarzadə: “Yanımdadır deyə, başqasına aşiq ola bilmirəm. Gecələr rahat yatıram. 24 il əvvəl narahat idim. Aşiq olanda yata bilmirəm”.

Elton Hüseynəliyev: “Gördün, darıxdın və aşiq oldun. Görürsən və özündən asılı olmadan ancaq onu düşünürsən”.

Elnarə Xəlilova: “Yemək yeyəndə belə düşünürəm ki, görəsən, Rövşən (həyat yoldaşı – red.) acdır? Ürəyimdə qalır. Zəng edirəm ki acsan?”.

Yasar Yusub: “İnsana baxır. Hərə fərqli yaşayır. Əgər xasiyyət yerindədirsə, illərlə sevərsən. Gözlərin parıldayır. Daim düşünürsən və sms gözləyirsən”.

Günay İbrahimova: “Hörmət, sədaqət və bağlılıq yoxdursa, sevgi davam etməz”.

Lalə Məmmədova: “Sevgini göz yaşı olmadan yaşamaq olmur. İnsan sevəndə özü olmur”.



Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti