"Həyat yoldaşım uğursuz insandır" - əməkdar artist

"Həyat yoldaşım uğursuz insandır" - əməkdar artist


“Kaş üç-dörd uşağım olardı. İndi nəvə istəyirəm. Fikirləşirəm ki, övladım ailə qursun, uşağı olsun. Amma qızım ailə qurmaq istəmir. Uşaqları çox sevirəm, onlardan zövq alıram”.

Bu sözləri əməkdar artist naibə Allahverdiyeva “Günə davam” verilişində deyib.

Aktrisa özündən yaşca balaca olan həyat yoldaşından danışıb:

"Yoldaşım işimə qarışmır. Xasiyyəti pis deyil, qısqanclıq etmir. Sadəcə uğursuz insandır. İşində uğur qazana bilmir. Bu da ona psixoloji təsir edir. Bəzən olur ki... (kövrəlir) Bu yaşımda ayılmışam. Artıq insanları dəyişmək istəmirəm"

İnsan sevgisiz yaşaya bilməz. İl yarımdır bir yerdəyik. Bizim sevgimiz təlatümlü həyatdır. Bunun içində bahar da, qasırğa da var. Elə şeylər var danışa bilmirəm. Bilmirəm niyə belə olur... Yəqin bunlar işlərinin alınmamasındandır. Hər işlə məşğul olur”.



Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti