Nadir aeroportdan od püsgürdü: "Belə insanlarla bir cəmiyyətdə yaşamağıma nifrət edirəm"

Nadir aeroportdan od püsgürdü: "Belə insanlarla bir cəmiyyətdə yaşamağıma nifrət edirəm"


Bir müddətdir xanımı ilə Moskvada səfərdə olan müğənni Nadir Qafarzadə üzü Bakıya doğru əsəblərini cilovlaya bilməyib.

Gecce.az xəbər verir ki, müğənniləri qınaq obyekti edənlərə Nadir belə bir cavab verib:

"Deyirəm, indi yazacaqlar, Nadir kefdə damaqdadır, bu krizis vaxtı gəzir dolanır! Siz,inanın ki, elə bu dedi-qoduların əlindən baş götürüb uzaqlara getmək istəyirəm. Nə qədər bizim insanlarda şüur, savad aşağıdırsa, dünya görüşü azdırsa bizdən çətin adam olar. Ey insanlar, əl çəkin onun-bunun pulunu saymaqdan, haqq, nahaq danışmaqlardan, qeybət edib ev yıxmaqdan, ilaxır və s. Vallah, adam belə insanlarla bir cəmiyyətdə yaşamağına nifrət edir. Unutmayın ki, Allah hər kəsin ürəyinə görə verir. Siz nə qədər başqasının pulunu saysanız, Allahdan heç nə gözləməyin. Allah bilir kimi necə mükafatlandırır!"
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Sabahın hava proqnozu

07.08.2020 / 15:30
"Qucaqlarda oturmamışam" - Brilliant Dadaşovadan tənqidlərə cavab

05.08.2020 / 17:30
 
Xəbər lenti