Xanəndə Eldənizin oğlu rokçu oldu - Video

Xanəndə Eldənizin oğlu rokçu oldu - Video


“Xalq ulduzu”yarışmasının qalibi Eldəniz Məmmədovun oğlu Kamranla bağlı Rusiyanın Mir kanalında sujet yayımlanıb.


Sujetdə Kamran Məmmədovun “Во весь голос” müsabiqəsində Azərbaycanı təmsil etməsi barədə məlumat verilib.

Bildirilib ki, müsabiqə noyanrın 12-də start götürəcək və 8 ölkə nümayəndəsi birincilik uğrunda mübarizəyə atılacaq. Kamranla birgə Azərbaycanı Humay Eminzadə adlı yeniyetmə təmsil edəcək.

Bundan başqa, qeyd olunub ki, kamran bu günə kimi ölkəmizi ABŞ və Fransadakı yarışmalarda təmsil edib.

Eldəniz Məmmədov da rokçu oğlu barədə danışıb: “Uşaqlıqdan Kamranın oxumaq istedadının olduğunu hiss etdim. İndi musiqi məktəbində təhsil alır. Yeri gəlmişkən, oğlumun sayəsində xarici hitləri sevmişəm”.



“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti