"Ərim evə gəlmirsə, əcəb edir" - Elnarə

"Ərim evə gəlmirsə, əcəb edir" - Elnarə


Əməkdar artist Elnarə Abdullayeva "5/5" verilişinin qonağı olub.

Muğam ifaçısı aparıc Zaur kamalın ona ünvanladığı şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

Xanəndə bildirib ki, ərinin evə gec gəlməsinə pis baxmır:

“Evə gəlmirsə, əcəb edir. İşi var ki, gəlmir. Xəbər edir ki, işim var. Xoşum gəlmir kişini sıxmaqdan, tez-tez "hardasan?" soruşmaqdan. Kişidir, gələcək da, çöldə yatacaq ki? Qadın hər şeyə göz yummalıdır, yumuram da. Düşüncəli insan hər şeyi bilməlidir".

Abdullayeva aparıcının "Əsıbiləşəndə götürüb telefonu yerə çırpırsan axı" sualına "Hirslənəndə öz telefonumu çırpıram. Elxana əsəbiləşməmişəm" cavabını verib.

Müğənni Zaurun "Gedib kəndə su çəkdirirsən. Amma evinin divar kağızı adamın üstünə tökülür" sözlərinə etirazını bildirib:

"Tökülsün da... Təmir edirsən, yenə olur. İnsan həyatında önəmli amil bu deyil. İnsan ona ömür gün çürütməməlidir. Hər şey düzəlir, bircə namus və can sağlığı düzəlmir".

Elnarə geyindiyi libasının qiymətini açıqlayıb:

"Paltarı Türkiyədən də, Sədərkdən də, Binədən də almışam. Bu gün geyindiyimi isə Sədərəkdən almışam, qiyməti 300 manatdır. Adam var deyir, 5, 10 min paltara verirəm. Min dənə dərdim var, paltara o qədər vermərəm. Toya gedirəm, qazanıram ki, aparım paltara verim?".

Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti