“Qız uşağının oğlanın otağına…” - Efirə getməyən kadrlar

“Qız uşağının oğlanın otağına…” - Efirə getməyən kadrlar


Ötən gün “Maşın” realiti şousunun efirə getməyən kadrları yayılıb.


Reklam fasiləsində əməkdar artist Mehriban Xanlarova ilə jurnalist Ülviyyə Alovlu arasında böyük bir insident yaşanıb. Belə ki, aktrisa canlı yayımda AlovlunuTalıb Talenin otağına getməsinə etiraz edib.

Jurnalist isə fasilə zamanı Xanlarovaya sərt bir şəkildə etiraz edib:


“Siz nə demək istəyirsiz? Demək istəyirsiz ki, mən qız uşağı oğlanın otağına niyə girmişəm? Bunu deyəndə “bomba” qadın olursuz? Sizə ayıb olsun. Ay qadın, dünən reklamarası danışa bilmədik. 10 dəqiqəlik söhbət üçün otağa girmişdim. Siz o sözü deməklə anama, qardaşıma nə eşitdirmək istəyirdiz? Siz bədbəxt qadınsız, qürurunuz sizi kor edib. Sizdən şouda istifadə edirlər. Siz niyə bu qədər avamsız? Sizə yazığım gəlir. İndən belə hər şeyi danışacam”.

Xanlarova isə Ülviyyənin emosional çıxışına cavab verib:

“Dünənə kimi Talıbın otağına niyə getmirdin? Sən Allah ağlama! Yazığım gəldi. Artistlik eləmə. Biz aktrisayıq, burdakılar elə artistlik edir ki? Daha mənim sözüm yoxdur. Sən xoflusan! Dünənə kimi Talıbı tanımırdın, nə oldu? Az bir açarını bağla da… Burda nəyimi danışacan? Yanında üzü qarayam?”



“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Günün qoroskopu

25.11.2017 / 09:30
 
Xəbər lenti