Könül Xasıyeva 3 ildən sonra canlı yayımda

Könül Xasıyeva 3 ildən sonra canlı yayımda


Bir müddətdir onurğa iflicindən əziyyət çəkən xalq artisti Könül Xasıyeva uzun fasilədən sonra canlı yayımda qonaq olub.

Muğam ifaçısı “5/5” verilişinə qatılıb.

“Ülvi duyğular toxunulmazdır. Bu gün o gözəl duyğulara çatdım” deyərək, xanəndə göz yaşlarını saxlaya bilməyib.

Xasıyeva deyib ki, 3 ildir efirdən uzaq qaldığını və darıxdığını söyləyib:

“3 ildir efirdən uzağam. Heç kim mənim qəlbimə dəyməyib, inciyən xanəndə deyiləm. Hamının qəlbində saray tikməyə çalışmışam. 2000-ci ildən zəlzələdən stress keçirdim. Qorxudan xəstələndim. Müalicələrlə yaşayırdım. Sonra övladım xəstələndi və hər şeyi dayandırdım. Bütün fikrim övladıma getdi”.




Axşam.az
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
 
Xəbər lenti