Arif Quliyevin səhhəti necədir?

Arif Quliyevin səhhəti necədir?


Səhhətində yaranan problemlərə görə “Maşın şou”dan uzaqlaşan xalq artisti Arif Quliyev “Show time” verilişində qonaq olub.

Canlı yayımda qonaq olan aktyor bildirib ki, səhhəti yaxşılığa doğru irəliləyir:

“Bir balaca təzyiqim oldu, əlimi çəkərək stolda oturdum. Sonra həkim çağırdılar. Təzyiqimlə əlaqədar “Maşın şou”dan uzaqlaşmışam. Başqa bir səbəb yox idi”.

A.Quliyev bir neçə gün öncə “Pişik” Günelin söylədiyi “Arif müəllim Vüsalə Kərimovaya görə yarışdan getdi” sözlərinə münasibət bildirib:

“Yox, qətiyyən belə bir şey olmayıb. Vüsaləyə hörmətim var. Mənə elə gəlir ki, maşını o qazanacaq. Favoritim odur”.

“Qafqazinfo”
Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Astarada intihar

21.11.2017 / 13:00
 
Xəbər lenti